Menu

Yaponiya Rusiyanı ittiham edir - Hava məkanına soxulmaqda

20.06.2019, 22:31
Yaponiya Rusiyanı ittiham edir -  Hava məkanına soxulmaqda

Yaponiyanın Müdafiə Nazirliyi (MN) bəyan edib ki, Rusiyanın Tu-95MS bombardmançı təyyarələri iki dəfə ölkənin hava məkanına soxulub.

AzPolitika.info xəbər verir ki, «Kyodo» agentiyinin məlumatına görə, cümə axşamı səhər Yaponiya Rusiya təyyarələini «tutmaq» üçün Okinava adası rayonunda qırıcılarını havaya qaldırıb.

Sayca ikinci insident Sakit okeanda, Tokiodan cənub səmtdə - Hatidzedzima adasının yaxınlığında baş verib.

Sonradan təsdiqini tapıb ki, söhbət iki strateji raketdaşıyan Tu-95MS təyyarələrindən gedir. Onlar Yapon, Şərqi-Çin, Cənubi-Çin dənizləri və Sakit okean üzərindən uçublar.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol