Menu

Gürcüstanın baş naziri də parlament binasına gəlib

20.06.2019, 23:51
Gürcüstanın baş naziri də parlament binasına gəlib

Gürcüstanın baş naziri Mamuka Baxtadze parlament binasına gəlib.“Report”un yerli bürosu xəbər verir ki, hökumət başçısı ilə yanaşı daxili işlər naziri Giorgi Qaxaria və Xüsusi Dövlət Mühafizə Xidmətinin rəhbəri Anzor Çubinidze də qanunverici orqandadırlar.

M.Baxtadzenin yaranmış vəziyyətlə bağlı bəyanat verib-verməyəcəyi hələ məlum deyil.

Parlamentin qarşısında davam edən etiraz aksiyasında vəziyyət gərgin olaraq qalır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol