Menu

Rusiya "Proton-M" raketinin buraxılışını təxirə saldı

21.06.2019, 10:24
Rusiya "Proton-M" raketinin buraxılışını təxirə saldı

Baykonurda "Proton-M" raketinin bu gün üçün nəzərdə tutulan buraxılışı təxirə salınıb.

Trend-in məlumatına görə, "Roskosmos" raketin buraxılışını 1 sutka müddətinə ləngidib.

Raketin bu gün gündüz yerli vaxtla saat 15:17-də səmaya buraxılacağı nəzərdə tulmuşdu.

Məlumata görə, raket buraxılışa hazırlanarkən son anda nəzərə alınması vacib olan düzəliş ortaya çıxıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol