Menu

“Son vəzifə təyinatları hökumətin iqtisadi blokuna da təsir edəcək” - Deputat

21.06.2019, 11:47
“Son vəzifə təyinatları hökumətin iqtisadi blokuna da təsir edəcək” - Deputat

“Cənab Prezident tərəfindən nazirlərin rotasiya üsulu ilə yerinin dəyişdirilməsi çox düzgün addımdır”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında, millət vəkili Vahid Əhmədov deyib.

“Ramil Usubov, Vilayət Eyvazov, Mədət Quliyev və Əli Nağıyev Azərbaycanın müstəqilliyi uğrunda kifayət qədər mübarizə aparıblar. Mən son addımları alqışlayıram. Bu vəzifə təyinatları hökumətin iqtisadi blokuna da təsir edəcək”, - V.Əhmədov əlavə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol