Prezident İlham Əliyev 20 iyunda imzaladığı sərəncamla Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini, general-mayor Əli Nağıyevi Dövlət Təhlükəsizlik Xidmətinə rəis təyin etdi.
Təhlükəsizlik məsələləri üzrə eskpert, bir vaxtlar keçmiş Milli Təhlükəsizlik Nazirliyində çalışmış İlham İsmayıl Modern.az-a açıqlamasında bu təyinatı belə qiymətləndirib:
“Nəhayət ki, 2004-cü ildən bəri - 15 il sonra bu vəzifəyə ən uyğun, ən peşəkar şəxs təyin olundu. 15 il ərzində bu vəzifədə polis işçiləri olub. Bunun fəsadlarını da hamı bilir. Əli Nağıyev əməliyyat işçisi vəzifəsindən -leytenantlıqdan başlayaraq, xüsusi xidmət orqanlarında işləyib. Əməliyyat müvəkkili, baş əməliyyat müvəkkili, bölmə rəisi, idarə rəisi, müavin səviyyəsinədək yüksəlib.
Yeri gəlmişəkən, biz Əli Nağıyevlə birlikdə Çaykənd əməliyyatından indiki Goranboy rayonunun ərazisində Manaşit, Buzluq, Erkəc kəndlərinin erməni quldurlarından azad edilməsində çiyin-çiyinə vuruşmuşuq. Yəni adamın həm əməliyyat təcrübəsi var, həm anti-terror fəaliyyəti var. Bir sözlə, 15 il sonra bu vəzifəyə peşəkar şəxs tapdılar.

İ.İsmayıl qeyd edib ki, Əli Nağıyevin təyinatından sonra ölkənin təhlükəsizliyi istiqamətində atılacaq addımlar daha da möhkəmlənəcək:
“Bu addımlar Eldar Mahmudov vəzifədən uzaqlaşdırıldıqdan sonra DTX rəisi Mədət Quliyev və onun müavini İsmayıl Bağırov tərəfindən aparılırdı. Onlar 3 il yarım ərzində kifayət qədər işlər gördülər və müəyyən dəyişikliklərə nail oldular. Yəni Azərbaycan dövlətinin təhlükəsizliyilə bağlı əsaslı işlər görülüb. Əminəm ki, onlar tərəfindən start verilən işlər daha peşəkar şəkildə davam etdiriləcək. Əsas məsələ sözün əsl mənasında dövlətin təhlükəsizliyini qorumaqdır. Biri var təhlükəsizliklə yanaşı tamamilə başqa, kompitensiyaya uyğun olmayan işlərlə də məşğul olurlar, necə ki, bunu Eldar Mahmudovun timsalında gördük. İşi-peşəsi nazirlərdən, məmurlardan pul yığmaq olan biri dövlətin təhlüksizliyinə təhlükədir. Biri də var, işi sözün əsl mənasında peşəkara həvalə etmək. Biz Əli Nağıyevlə eyni vaxtda işləmiş adamlarıq. Mən Şəmkir rayonunda rəis olanda, Əli Nağıyev Nərimanov rayonunda rəis idi. Ona bu çətin işində uğur arzulayıram”.


Şərhlər
MaaşAAllah- VƏTƏNİM ancaq mərd və peşəkarları bəxş edir Azərbaycana,ümid edirəm o biri sahələrədə oradan peşəkar ləyaqətliləri gətirməkdə davam ediləcək yoxsaki indiki delitantların fəaliyyəti göz qabağındadı
Yeni DTX reisini tebrik edirem prezidentin bu teyinatinida alqislayiram.turkiye MIT basqani hakan fidana benzetdim eli muellimi.DTX reisi gorunmez el olmalidi tez tez tvlerde saytlarda biz onu gormemeliyik.uzde olmasa daha yaxsi olar.cenab prezident sizden xahis edirik bu sehiyyeye de el gezdirin batdiqca batir.nece ki son teyinatlariniz bizi sevindirir umid edirik ki sehiyye de rabitede emek nazirliyine teyin olunan yaritmaz sahil babayevinde haqqinda tedbir goreceksiniz
Biri var təhlükəsizliklə yanaşı tamamilə başqa, kompitensiyaya uyğun olmayan işlərlə də məşğul olurlar, necə ki, bunu Eldar Mahmudovun timsalında gördük. İşi-peşəsi nazirlərdən, məmurlardan pul yığmaq olan biri dövlətin təhlüksizliyinə təhlükədir.
Peşəkar qeneralin öz yerini tutmasi keşmiş və indiki həmkarlari :- millətimiz barədə layiqli ğözləntisi olan savadli təbəqə tərəfindən Əli Nağiyevin təyyinati müsbət qarşilanmasi həm imidj həm də Prezidentin zərğər dəqiqliyi ilə bu əvəzləməni aparmasi təqdirəlayiqdir.
Ğözlə ğörunən bir fürsət daxilində üzümüzə ğələn yeni növ təhlükələri zərərləşdirilməsi üçün unikal bir vaxt qazanmiş olduq , beləki keşmiş rəis Mahmudov rusça " нельзя знать то , с помощью того , чего не знаешь " принсипини « я знаю « prinsipi ilə əvəzləmişdisə , Mədət Quliyv isə “ я знаю что ты знаешь , что я знаю « prinsipi ilə əvəzləmiş və nəhayət ki , KQB məktəbinin nəzəri praktik metodikasi ilə müasir təkminləşmiş sağlam intuisiyasi olan Əli Nağyevlə əvəzlənməsi rusca “ не терзай ближнего по напрасному « prinsipi özü özlüyündə ilk addimdan nəticədir. Bu prinsip Moiseyin ağlindan kənar 11 -ci prinsipdir .
Beləki tutuduqu mövqeyə ğörə Əli Nağiyev iş adamlarini cəmiyyəin ğələcəyidir prinsipi ilə qorumuş çətinliklərini dəf etmək üçün onlara mümkünlük çərçivəsində onlar qalsin bir yanda , DÖVLƏTƏ yardim etmişdir
Amerika kəşfiyyat İdarəsinin nəzəriyəçisi Marşal deyirdi bizim qələbəmiz axirinci sovet insaninin 60 “ KQB” peşəkarlarinin pensiyaya çixmasi ilə nöqtələnəcəkdir . Beləki məxvi orqan haqda fəsliyyət instinkti olan peşəkarlar “ближнини” yaxindakilari yəni cəmiyyəti deyil , uzaqdakilari sərhəddən içəri olan həmlə obyektlərini rusca “ narahat yəni «терзать и беспокоить « dalğavari qoruyucu burulğan istehsal etmirsə . işsizlikdən yaxin çevrədə və ya daxildə hökman özünə məşquliyyət tapacaqdir . Misal çoban itləri canavarlari sürüdən qovub nəslini kəsən kimi , istəməsə də belə qoyun əti onlari cəlb edəcəkdir. Əslində KQB adindan qorxanlar bu sistem insanlarinin qeorğiy İvanoviç Qurdjiyev adli bir humanist insanin durduğundan xəbərsizdirlər .
Ümüd edirəm ki , Əli Nağiyev məxvi orqanlara müasir həmlələrdən başi çixan «я знаю * что не знаю , сама ситуация знает » prinsipi ilə qidalanan sağlam analitik dünya ğörüşü olan ekspertləri DTX-yə cəlb edəcək , pervanent qaydada təhlükələrin yarandiği andan əhəmiyyətsizləşdirilməsi haqda strateqiyalari maliyələşdirmək haqda tədbirlər ğörəcək və həmçinin ğələcək DTX kadrlarinin hazirlanmasi üçün Çin və İran qalaqurma və səssiz fəth etmə strateğiyalarini üstələyən bilikli yeni nəsl kadrlarin hazirlanmasina şərait yaradacaqdir . Beləki istedadli kadrlar milyonlarin içindən seçilə bilər dar çərçivə 5000 min insanin arasindan belə seçim minimaldir.
merd ve yaxsi insana oxsayir...tamda yarasir DTX bu muelime
Hörmətli redaksiya! Bax bu olmadı da! Mən çalışıram sizin yazılara şərh verməyim, amma hərdən münüsibət bildirməmək olmur. Mən öz fikrimi bildirmişəm, heç kəsi də təhqir etməmişəm, ancaq şəhri "doğrayıb" elə günə qoymusunuz ki, verməmək daha yaxşı olardı. ELə tənqidə belə münasibətə görə bu gündəyik və 2019-cu ildə fəxr edirik ki, adam başına düşən orta aylıq ə/h və pensiya həcminə görə 1 oktyabrdan Ermənistanı "ötüb keşəcəyik". Ancaq tərif demək lazımd! Birdən o vaxta qədər onlar da artırsalar necə olacaq?
Əli müəllimə uğurlar arzulayırıq! Təki butun sahələr vicdanlı, dövlətinə və xalqına sadıq peşəkar insansara tapşırılsın! Bəli, Prezidentin bu təyinatını əksər insanlar bəyənir və aiqışlayır. Amma gəlin uğuru alqıladığımız kimi, nöqsanı da tənqid etməyi bacaraq. Öz "fəaliyyətləri" ilə DİN-nin ən biyabırçı qurumu olan OBXSS-də rüşvət almaqdan başqa bir işlə məşğul olmayan Eldar Mahmudov.......
Bashlandi da,gozlediyimiz kimi))))))))))))
AYE BES BU 15 ILDE GUNAHSIZ AZERBAYCAN VETENDAWLARI,HANSILAR KI, HAQSIZLIQLA WEHLENEREK,EDALERTSIZ HAKIMLERIN HOKMU ILE ZINDANLARDA CURUYURLER,AILELERI EZIYYET CEKIR...BU EDALETSIZLIYIN CAVABINI KIM VERECEK.PARADOKSDU ,AYE BU NATEMIZLERLE ,DEME BIZ ANALOQU OLMAYAN INKIWAF EDIRIK
Tam doğru təhlil...
Tək kəlmə: ”Son illərin ən düzgün kadr təyinatı”