Menu

“Brent” neftinin qiyməti 65 dolları ötüb

21.06.2019, 14:57
“Brent” neftinin qiyməti 65 dolları ötüb

Dünya bazarında neftin qiyməti artmaqda davam edir.

“Report” xəbər verir ki, Bakı vaxtı ilə saat 14:45-də "Brent" markalı neftin avqust fyuçersləri London birjasında 1,27% artaraq 65,27 dollar/barel səviyyəsində satılıb.

Nyu-York birjasında WTI markalı neftin avqust fyuçersləri isə 0,84 dollar artaraq, bir barel üçün 57,55 dollara çatıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol