İrkutsk şəhərinin küçələrinin birində yerləşən meyvə köşkünün Azəraycandan olan sahibi içərisində 1 milyon rublun olduğu paketi sahibinə qaytarıb. Bu barədə «Komsomolskaya pravda» qəzeti yazıb.
28 yaşlı Şamxal Gözəlov digərləri ilə birlikdə banka gedib və bu zaman naməlum birisinin oradan çıxarkən bir pakti yerə saldığını görüb. Buna diqqət yetirməyən həmin şəxs maşınına oturaraq, oradan uzaqlaşıb.
Gözəlov paketi qaldırıb və ornun içində 1 milyon rublun olduğunu görüb. Şamxalın dostu tapıntı barədə o saat sosial şəbəkədə xəbər yerləşdirib. Gözəlovun özü isə maşınını pul sahibinin arxasınca sürməyə başlayıb.

O, Şamxala «pul hörmət»i etmək istəyib, azərbaycanlı puldan imttna edib. Belədə, İrkutsk sakini Şamxala bir butılka bahalı konyak alıb.
Gözəlov qeyd edib ki, bu hadisə barədə kimlərinsə bilməsini istəməyib. O, sadə həyat tərzi keçirir və halal yolla pul qazanmağa adət edib. Buna baxmayaraq, dostu onun fotoşəklini “VKontakte” şəbəkəsində yerləşdirib. Şərhçilər Şamxalın bu namuslu hərəkətinə görə onu tərifləyiblər.
AzPolitika.info


Şərhlər