Menu

Tramp İrana qarşı yeni sanksiyaların tarixini açıqlayıb

23.06.2019, 01:02
Tramp İrana qarşı yeni sanksiyaların tarixini açıqlayıb

ABŞ Prezidenti Donald Tramp iyunun 24-də İrana qarşı yeni sanksiyaların tətbiq olunacağını bildirib.

"Report" xəbər verir ki, o bunu öz "Twitter" səhifəsində yazıb.

"Biz İrana qarşı yeni geniş sanksiyaları bazar ertəsi tətbiq edəcəyik", - deyə o bildirib.

Prezident bununla yanaşı əlavə edib ki, o, İrandan məhdudiyyətlərin götürüləcəyi və bu ölkənin uğurlu və çiçəklənən dövlətə çevriləcəyi günü gözləyir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol