Menu

Səudiyyə Ərəbistanında hava limanı atəşə tutulub, ölən və yaralananlar var

24.06.2019, 02:38
Səudiyyə Ərəbistanında hava limanı atəşə tutulub, ölən və yaralananlar var

Səudiyyə Ərəbistanında hava limanı atəşə tutulub.

Bu barədə "Report" "Al Arabiya"ya istinadla xəbər verir.

Məlumatda bildirilir ki, hadisə ölkənin cənub-qərbindəki Abha şəhərində baş verib. Atəş nəticəsində 8 nəfər xəsarət alıb. Onlardan biri aldığı xəsarətdən sonra ölüb. Ölən şəxsin Suriya vətəndaşı olduğu bildirilir.

Hava limanına hücumun pilotsuz uçan aparatla həyata keçirildiyi bildirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol