Menu

Nazir müavininə general-leytenant rütbəsi verilib

24.06.2019, 18:26
Nazir müavininə general-leytenant rütbəsi verilib

Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.

APA-nın məlumatına görə, sərəncama əsasən Müdafiə Nazirinin Maddi-Texniki Təminat Üzrə Müavini, Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-mayor Məmmədov Fuad Nazir oğluna general-leytenant ali hərbi rütbəsi verilib.

Eyni zamanda, Raket və Artilleriya Qoşunları komandanı general-mayor Zahid İbrahim oğlu Hüseynova da general-leytenant ali hərbi rütbəsi verilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol