Menu

Rusiya Qafqaz qoşunlarına döyüş hazırlığı əmri verdi

24.06.2019, 20:12
Rusiya Qafqaz qoşunlarına döyüş hazırlığı əmri verdi

Rusiya Silahlı Qüvvələrinin Mərkəzi Hərbi Dairəsindəki hərbi hissələrin döyüş hazırlığının yoxlanılmasına başlanılıb.Bunu Rusiyanın Müdafiə naziri Sergey Şoyqu deyib.

O, bununla əlaqədar olaraq Mərkəzi Hərbi Dairəsinin yüksək döyüş hazırlığı vəziyyətinə gətirildiyini bildirib.

S.Şoyqu hərbi dairənin Rusiya Prezidenti Vladimir Putinin əmriylə yoxlanılmağa başlandığını deyib.

Rusiyanın Cənub və Şərq Hərbi dairələrinin hərbi hissələrinin bir qismi də yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.

Qeyd edək ki, Cənub Hərbi Dairəsi Şimali Qafqaz, Krım, Cənubi Osetiya, Abxaziya, Ermənistan, Xəzər və Qara dənizdə qüvvələrə malikdir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol