Menu

"İrana qarşı “sərt sanksiyalar” tətbiq edəcəyik" - Tramp

24.06.2019, 21:48
"İrana qarşı “sərt sanksiyalar” tətbiq edəcəyik" - Tramp

ABŞ prezidenti Donald Tramp İrana qarşı “sərt sanksiyalar” tətbiq etməklə bağlı müvafiq fərman imzaladığını açıqlayıb.

“Report” “Reuters”ə istinadla xəbər verir ki, D.Tramp həmin sanksiyaların İranın ali rəhbəri ayətullah Seyid Əli Xaməneiyə qarşı yönəldiyini bildirib.

Bundan əvvəl ABŞ-ın vitse-prezidenti Mayk Pens də sanksiyaları İran tərəfindən pilotsuz uçuş aparatının vurulması müqabilində, həmçinin Oman körfəzində İranı ittiham etdikləri iki tankerə hücumlara cavab olaraq tətbiq edəcəklərini açıqlamışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol