"Nar" 4G istifadəçilərinin sayı 700 minə çatıb

Ölkənin ən geniş 4G şəbəkələrindən birinə malik olan “Nar”-ın 4G istifadəçilərinin sayı sürətlə artmaqdadır. Son 1 il ərzində “Nar” 4G internetindən istifadə edənlərin sayı 2 dəfə artaraq 700 minə çatıb. Mobil operatorun 4G istifadəçilərinin sayının artmasına ölkə arazisində yeni baza stansiyalarının quraşdırılması, “Nar”-ın təqdim etdiyi paketlər və tariflər, eləcədə 4G smartfon penetrasiyasının artımı təsir edib. Qeyd edək ki, son 1 il ərzində “Nar”-ın smartfon istifadəçilərinin sayı 23% artıb.

“Nar” yüksəkkeyfiyyətli 4G xidmətini paytaxtla yanaşı, bölgələrdə, şəhər və rayon mərkəzlərində də təqdim etməkdədir. “Nar” 4G istifadəçilərinin 71%-i paytaxt Bakının, 29%-i isə regionların payına düşür. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 4G internetindən istifadə edənlərin sayı Bakıda 91%, regionlarda isə 120% artıb. Ümumilikdə, “Nar” abunəçilərinin 25%-i yüksəksürətli 4G internetinin istifadəçisidir. Hazırda “Nar” istifadəçilərinin sayı 2,3 milyonu ötüb.

Mobil operatorun şəbəkəsi haqqında ətraflı məlumatı nar.az saytından əldə edə bilərsiniz.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar