Menu

İsrail özünə məxsus kəşfiyyat qurğusunu partlatdı

06.09.2014, 14:25
İsrail özünə məxsus kəşfiyyat qurğusunu partlatdı

İsrail ordusu Livanın cənubunda yerləşdirdiyi kəşfiyyat qurğusunu partladıb.

SalamNews-un “əl-Mənar”a istinadla verdiyi xəbərə görə, nəticədə bir Livan vətəndaşı həlak olub.

Ölən şəxsin “Hizbullah” müqavimət hərəkatına mənsub olduğu bildirilir.

Məlumata əsasən, Həsən Əli Heydər adlı “Hizbullah” üzvü xidmət etdiyi ərazidə yad orduya məxsus qəribə kəşfiyyat qurğusu aşkar edib. O, İsrail ordusuna məxsus olduğunu yəqinləşdirdikdən sonra qurğunun zərərsizləşdirilməsinə çalışıb. Bu zaman İsrail tərəfi uzaqdan idarə edilən qurğunu partladıb və nəticədə hərbçi həlak olub.

Hadisə ötən gün Adlun şəhərində baş verib.

Məlumatı Livan ordusu da təsdiqləyib. Ordunun rəsmi açıqlamasında kəşfiyyat qurğusunun hərbi təyyarədən idarə edilərək partladıldığı deyilir.

Qeyd edək ki, eyni tipli kəşfiyyat qurğuları bundan əvvəl də İsrail ordusu tərəfindən həmin ərazilərdə yerləşdirilib. Livan hökuməti və BMT İsrailin bu addımına etiraz edib.

Rəsmi Təl-Əviv sonuncu insidentlə bağlı hələlik münasibət bildirməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol