"Bu gün “Azərpoçt”un 6 saylı poçt filialının 115 saylı poçt şöbəsində ciddi insident olub.” Bu xəbəri “AzPolitika.info”ya rabitə sektorunda baş verənlərdən məlumatlı şəxs verib.
Onun sözlərinə görə Binəqədi rayonu Abay küçəsi 99-da yerləşən poçt şöbəsinə 3 nəfər gələrək, şöbənin Anar adlı rəisi ilə dava ediblər. "O, polis şikayət edərək həmin şəxslərin onu döydükdən sonra dövlətin 10 min manatadək pulunu apardıqlarını bildirib. Hazırda polis bu işi araşdırır", - mənbə qeyd edib.
Qeyd edək ki, məlumat saytımıza iş günün sonunda daxil olduğundan poçt şöbəsi ilə əlaqə yarada bilmədik.
AzPolitika.info


Şərhlər
Yəqin kimsə bu məbləği ona işə düzəlmək üçün verib, yazıq təzə rəis həmin məbləği qaytara bilmədiyi üçün belə xoşa gəlməz hadisə baş verib.