Menu

Sarkozi siyasətə qayıdır

06.09.2014, 14:42
Sarkozi siyasətə qayıdır

Fransanın keçmiş prezidenti Nikolya Sarkozi siyasətə qayıdıb-qayıtmamağı götür-qoy edir; o, bu barədə qərarını sentyabrın 30-dək açıqlamaq niyyətindədir.

SalamNews-un “İnterfaks”a istinadla verdiyi xəbərə görə, bu barədə sabiq ölkə başçısının məsləhətçisi Frank Luviye bildirib: “O, müvafiq qərarı qəbul edərkən iki faktı nəzərə almalıdır: şəxsi məsələlər və ölkə qarşısında duran problemlər”

Onun sözlərinə əsasən, eks-prezident “yekun qərar qəbul etmək üçün bir az da zaman tələb edir”.

Bildirək ki, N.Sarkozi prezident seçkilərində sosialistlərin namizədi Fransua Ollanda məğlub olduqdan sonra siyasətdən gedib.

Yeri gəlmişkən, bu həftə Fransa KİV sorğu dərc edib.

Sorğu nəticələrinə əsasən, hazırkı dövlət başçısı Ollandı ölkə əhalisinin 13%-i dəstəkləyir.

Qeyd edək ki, bu, Fransa tarixində müvafiq sahə ilə bağlı ən aşağı göstəricidir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol