Menu

Altı şirkət Azərbaycanda fəaliyyətini dayandırıb

25.06.2019, 18:44
Altı şirkət Azərbaycanda fəaliyyətini dayandırıb

Bu gün Vergilər Nazirliyinin onlayn qəzetində rəhbəri özbək mənşəli olan altı şirkət Azərbaycanda fəaliyyətini dayandırdığını elan edib.

Şirkətlər ("Lamixton", "Antex", "Ventoplus", "Lightport", "Camelliacom" və "Cambric Group" ) təxminən eyni vaxtda Bakı şəhərində müxtəlif fərdi evlərdə və mənzillərdə qeydiyyata alınıb (2017-ci ilin iyun-iyul ayları). Şirkətlərin hər birinin nizamnamə kapitalına 10 manat yatırılıb.

Bu şirkətlərin nə ilə məşğul olduğu və qəfildən ləğvlərinin nə ilə bağlı olduğu açıqlanmır. Bu şirkətlər barədə heç bir açıq məlumat yoxdur. /"Turan"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol