ABŞ şirkətləri "Huawei"lə əməkdaşlığı davam etdirir

ABŞ şirkətləri, prezident Donald Trampın qadağalarına baxmayaraq, “Huawei” üçün prosessor tədarükünü davam etdirirlər.

APA xəbər verir ki, bu barədə “The New York Times” özəl mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, “Intel” və “Micron Technology” öz məhsullarını hələ də “Huawei” şirkətinə satır.

Bildirilir ki, həmin şirkətlər Çin telekommunikasiya nəhənginə ABŞ-ın xaricində istehsal olunmuş məhsulları çatdırır. Buna görə də Trampın qadağasının Amerika şirkətlərinin bu məhsullarına şamil edilmədiyi qeyd olunur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar