Menu

Rusiya orta və qısamənzilli raketlərin ləğvinə dair sazişdən çıxır

26.06.2019, 12:49
Rusiya orta və qısamənzilli raketlərin ləğvinə dair sazişdən çıxır

Rusiyanın Federasiya Şurası orta və qısamənzilli raketlərin ləğvinə dair sazişin (Intermediate-Range Nuclear Forces Treaty, INF) dayandırılması haqqında qanun qəbul edib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, qanun imzalanması üçün Rusiya prezidentinə ötürüləcək.

Xatırladaq ki, bu ilin əvvəlində ABŞ-ın sazişdən birtərəfli şəkildə çıxdığını elan etməsindən sonra Rusiya prezidenti Vladimir Putin buna eyni tərzdə cavab verəcəklərini açıqlayıb və sazişin dayandırılması barədə qanun layihəsini parlamentə təqdim edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol