Menu

Brilliant Dadaşova Prezidentə müraciət etdi - "Sizə qurban olum, xalqı xilas edin"

27.06.2019, 17:48
Brilliant Dadaşova Prezidentə müraciət etdi - "Sizə qurban olum, xalqı xilas edin"

Xalq artisti Brilliant Dadaşova Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə müraciət ünvanlayıb.

Medicina.az xəbər verir ki, B.Dadaşova şəxsi instagram hesabında video paylaşaraq həkimlərdən şikayətlənib: "Əziz prezidentimiz, sizə qurban olum. Bu xalqı çoxsaylı pinəçi "həkim"lərin əlindən xilas edin.

Qohumlarımın əksəriyyəti yaxşı, savadlı həkim olduqları üçün xəbərdaram ki, bir neçə il bundan əvvəl həkimlər arasında test imtahanı keçirilmişdi. Rus dilində təhsil aldıqlarına görə, hansı həkim Azərbaycan dilində yaxşı bilmirdisə onu işdən uzaqlaşdırırdılar. Bunun nəticəsi artıq göz qabağındadır. Həkim Azərbaycan dili ədəbiyyatını yox, təbabəti bilməlidir".

Qeyd edək ki, xalq artisti paylaşımında Prezidentin sosial şəbəkə hesabını da işarəyib.

Şərhlər

Xalqını sevən 2019-06-27 17:48:24

dadaşyev qardaşım düppədüz yazmısız. Sağ olun.

dadaşyev 2019-06-27 17:48:24

Son bir neçə gün içində iki sənət adamına---Sənubər İsgəndərliyə və Vəfa Zeynalovaya ev verildiyini görən kimi Brilyantın yadına qurban olmaq düşdü.Səhiyyəmizin xərabəliklər halında olması onilliklərin işidir,əvvəllər də qurban olmaq olardı.Həm də qurban olmağa nə ehtiyac var?Xalq artisti kimi xahiş etsən də olmazmı?Qurban olmaqla başqaları arasından seçilərək yada düşməkmi istədin?Necə ki Hacıbala Abutalıbov bir neçə il qabaq öz doğum gününü silib mayın 10-da doğulmuşam demişdi,yəni kəs başımı,qurban sənə.

Köhnə azərbaycanlı 2019-06-27 17:48:24

Hörmətli Brilliant xanım! Həkimlərin öz bilik və bacarıqlarının artırılmasına, daha bilikli, təcrübəli həkimlərimizin xidmətinə çox böyük ehtiyacımız var.Lakin bildiyiniz kimi azərbaycan dili bizim dövlət dilimizdir və bu dilin bütün Azərbaycan Respublikası vətəndaşlarının bilməsi vacibdir.O ki olsun dövlət məmurları, xalqa xidmət edən həkimlər, müəllimlər və s.Nə olsun ki bəzi şəxslər rus dilində təhsil alıblar, əgər onlar bu xalqa hörmət edirlərsə, bu xalqdan pul qazanmağı bacarırlarsa zəhmət çəkib, özlərinə əziyyət verib öz ana dilisini də öyrənməyə borcludurlar.Yəqin ki bilirsiniz ki hörmətli Prezidentimiz və bir çox yüksək ranqlı vəzifəli məmurlarlarımız da rus dilində təhsil alıblar, lakin doğma azərbaycan dilində danışıb-yazmaqlarında problem yoxdur.

dadaşyev 2019-06-27 17:48:24

Brilyant,sən belə elə,Eyyub Yaqubov illərlə "Mənə dəniz verin" oxudu,dəniz vermədilər nə ona,nə millətə,5 metrəlik hasarlar ucaltdılar dəniz sahillərində ki,dəniz bizə qaçmadığımız vaxtlardan dədə-babamızdan qalıb.Sən bəstəkarlardan xahiş elə ki,sənə "Mənə ev verin" mahnısı bəstələsinlər.Aygün Səmədzadə bəstələsə əla olar,çünki o xanımın mahnıları daş ürəkləri də əridə bilir.Bilal Əliyev kimi təkrar-təkrar oxu,bir də gördün odu haa,evin hazır,özü də remontlu-filanlı,necə lazımdu,çünki qurban olmusan artıq.

Vaqif 2019-06-27 17:48:24

Əvvəl dövlət dilini öyrənsin,sonra həkimliyi.Bir qohumunu cıxarıblar,ona görə az qalır desin dövlət dilimiz rus dili olsun.Ümumiyyətlə hal-hazırda dövlət qurumlarında dil sarıdan biabırcılıqdır.Testi bir yana atıb,müsahibə ilə qəbul adı altında rus dilliləri qəsdən doldururlar dövlət qurumlarına.

Vaqif 2019-06-27 17:48:24

Əvvəl dövlət dilini öyrənsin,sonra həkimliyi.Bir qohumunu cıxarıblar,ona görə az qalır desin dövlət dilimiz rus dili olsun.Ümumiyyətlə hal-hazırda dövlət qurumlarında dil sarıdan biabırcılıqdır.Testi bir yana atıb,müsahibə ilə qəbul adı altında rus dilliləri qəsdən doldururlar dövlət qurumlarına.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol