Menu

Azərbaycanda şəhid sərhədçilərin adları xidmət etdikləri zastavalara verilə bilər

27.06.2019, 18:56
Azərbaycanda şəhid sərhədçilərin adları xidmət etdikləri zastavalara verilə bilər

Azərbaycanda şəhid sərhədçilərin adları xidmət etdikləri zastavalara verilə bilər."Report"un məlumatına görə, bu, Prezident İlham Əliyevin Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 12 dekabr tarixli 823 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalaması ilə mümkün olub.

Fərmanla Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 12 dekabr tarixli 823 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 17.18-2-ci bənd əlavə edilib:

“17.18-2. Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, Azərbaycan Respublikası Milli Qəhrəmanlarının və dövlət sərhədinin mühafizəsi zamanı şəhid olmuş sərhədçilərin adlarını xidmət etdikləri sərhəd zastavalarına və digər sərhəd bölmələrinə verir”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol