Menu

Fransada məscidin qarşısında atışma

28.06.2019, 00:09
Fransada məscidin qarşısında atışma

Fransanın Brest şəhərində naməlum şəxs məscid qarşısında yoldan keçənlərə odlu silahdan atəş açıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, nəticədə məscidin imamı və yoldan keçən bir nəfər yaralanıb.

Əraziyə gələn polis əməkdaşları atəş açan şəxsin meyitini aşkar ediblər. Meyit onun maşınının yanında olub. İlkin məlumatlara görə, o, özünə qəsd edib.

Hadisənin motivləri məlum deyil.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol