Yaxın günlərdə dayanma, durma və parklanma qaydalarını pozan nəqliyyat vasitələrinin nəzərdə tutulmuş hallarda və qaydada müvəqqəti duracağa daşınmasına - təxliyə xidmətinə başlanılacaq.
Bakı Nəqliyyat Agentliyindən APA-ya verilən xəbərə görə, sürücülərin məlumatlandırılması məqsədi ilə ilkin olaraq təxliyə işlərinin həyata keçiriləcəyi ünvanlar açıqlanıb.
Bu ünvanlar vətəndaş müraciətləri və aparılan müvafiq təhlillər nəticəsində müəyyən edilib. Bunlar daha çox şikayət olunan, qanunsuz parklanma səbəbindən günün pik və qeyri-pik saatlarında nəqliyyat sıxlığı müşahidə edilən ərazilərdir:
|
S/s |
Küçə/prospekt |
Ərazi |
|
M.Hadi küç. |
Əhmədli m/st. ətrafı |
|
|
Qara Qarayev pr. |
8-ci km bazarının qarşısı |
|
|
Qara Qarayev pr. |
Neftçilər m/st. - Dakar meydanının ətrafı |
|
|
B.Çobanzadə küç. |
Şadlıq saraylarının qarşısı |
|
|
Bakı Dairəvi yolu – Zaqulba şos. |
Bilgəh kordioloji sanatoriyasının qarşısı |
|
|
Şəhər şossesi(Sabunçu-Zabrat yolu) |
Yerüstü piyada keçidinin yanı |
|
|
Sakit Qocayev küçəsi |
Bakıxanov T\M-nin ətrafı |
|
|
Heydər Əliyev pr. |
Qala yoluna dönən hissə (Rahat marketin qarşısı) |
|
|
Əli İsazadə küç. (Binə qəs.) |
Mərkəz |
|
|
Heydər Əliyev pr. |
Koroğlu m/st. ətrafı |
|
|
Xocalı pr. |
Xətai m/st.qarşısı |
|
|
Nobel pr. |
ASAN Xidmətin qarşısı |
|
|
Afiyəddin Cəlilov küç. |
“Megafun”ın qarşısı |
|
|
Neftçilər prospekti |
Prospekt boyu |
|
|
28 May küç. |
23 nömrəli məktəbin qarşısı |
|
|
Dilarə Əliyeva küç. |
ADNSU-nin yanı |
|
|
Xəqani küç. |
Küçə boyu |
|
|
Nizami küç. |
Küçə boyu |
|
|
K.Kazımzadə küç. |
Zooparkın qarşısı |
|
|
F.X.Xoyski pr. |
Gənclik Mall-un qarşısı |
|
|
Ağa Nemətulla küç. |
Nərimanov Rayon Məhkəməsinin qarşısı |
|
|
Təbriz küç. |
Metropark T\M. və Nərimanov metro stansiyasının qarşısı |
|
|
M.K.Atatürk pr. |
Ayna Sultanova heykəlinin yanı |
|
|
Ak.H.Əliyev küç. |
Asan xidmətin qarşısı |
|
|
Moskva pr., Müzəffər Həsənov küç., Rövşən Cəfərov küç. |
20 Yanvar m/st ətrafı |
|
|
Rövşən Cəfərov, Alı Mustafayev, Cavadxan küçələri |
3-cü mkr. dairəsinin ətrafı |
|
|
Alı Mustafayev küç. |
3-cü mkr. bazarının qarşısı |
|
|
Cavadxan küç., Hüseynbala Əliyev küç. |
Memar Əcəmi m/st. ətrafı |
|
|
Rəşid İsmayilov küçəsində |
Biləcəri dairəsi |
|
|
Moskva pr. |
“Şamaxinka” adlanan ərazi |
|
|
H.Zərdabi pr. |
Topçubaşov adına xəstəxananın qarşısı |
|
|
A.Salamzadə küç. |
Yasamal Rayon Polis İdarəsinin yanı |
|
|
A.M.Şərifzadə küç. |
İnşaatçılar m/st. ətrafı və ASAN xidməti |
|
|
Əsəd Əhmədov küçəsi |
Bizim marketin qarşısı |
|
|
Hüseyn Cavid pr. |
Elmlər Akademiyası m/st. ətrafı |
|
|
Abdulla Şaiq küç. |
Statistika dairəsi |
|
|
C.Cabbarlı küç. |
"Caspian Plaza"-nın qarşısı |
|
|
Süleyman Rəhimov küçəsi |
Bakı Slavyan Universiteti |
|
|
Süleyman Rüstəm küçəsi |
Süleyman Rəhimov küçəsi ilə kəsişməsi |
|
|
Ş.Bədəlbəyli küç. |
Azadlıq pr. ilə kəsişmə |
|
|
S.S.Axundov küç. |
Azadlıq m/st. ətrafı |
|
|
Əcəmi Naxçıvani küçəsi |
Küçə boyu |


Şərhlər
Bakıda küçə qalmadı ki! Bəs həmin yerlərdə və onların yaxınlığında parklanma yerləri varmı?Öncə belə parklama yerləri yaratmaqdan lsonra belə göstəriş ola bilər. Kor-koranə göstərişlərlə insanları incitmək doğru deyil.Qeyd etdiyiniz yerlərdə ticarət və digər obyektlərə gediş-gəlişi çətinləşdirmək,insanlara problem yaratmaq mədəniyyət deyil.
Parklama yeri göstərilmədən və ya təşkil olunmadan belə hərəkət qanuni sayıla bilməz!
Da denen butun bakini ehade edir..goren dogurdan sikayet var..ehmedli,neftciler,xalqlr zonasinda esasen avtobuslar sixliq yaradirlar..nece deyerler qoculuq edirler
Zoopartkın qarşısındakı küçə ordumuzun ilk şəhidi Firdovsi Məmmədovun adını daşıyır.BNA,nə əcəb Vətənimizin azadlığı uğrunda şəhidin adının verildiyi küçəni tanımır?BNA-ya xatırladıram ki,paralel küçə isə 20 Yanvar şəhidi Ü.Bünyadzadənin adını daşıyır.Həmişə "qapazlamaq" yox,hərdən Vətənimizin müdafiəsi və azadlığı uğrunda həyatlarını itirən adamları da tanımaq lazımdır..