Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycanda insan alverində ittiham olunan Türkiyə vətəndaşı Gökhan Tavukçu və Aynurə Qocayevanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
APA-nın xəbərinə görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.
Hakimlər kollegiyasının hökmü ilə hər iki şəxsə şərti cəza verilib. G.Tavukçu məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, hər iki şəxs Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onlar barəsində insan alveri ittihamı irəli sürülüb.
G.Tavukçu və A.Qocayeva Azərbaycan vətəndaşları olan 4 qadını Türkiyə Respublikasına apararaq insan alverinə məruz qoyub.
Gökhan Tavukçu barəsində həbs qətimkan tədbiri seçilsə də, Aynurə Qocayeva barəsində isə polis nəzarətində qətimkan tədbiri seçilib.


Şərhlər