Şıx çimərliyi ərazisində fəaliyyət göstərən "1001 gecə", "Eldorado", "Aqua Park" və "Dostluq" istirahət mərkəzlərinin hər biri 4 min manat cərimə edilib. Bu barədə iyunun 28-də Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildiriblər.
Nazirlikdən verilən məlumata görə, istirahət mərkəzlərinin cərimələnməsinə səbəb tullantı sularının təmizlənmədən Xəzər dənizinə axıdılmasıdır.
Nazirlik bildirir ki, hər 4 mərkəzin rəhbər şəxsləri ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələblərini pozduqlarına görə cəriməyə məruz qoyulublar.
Nazirlikdən deyilib ki, çirkab sutəmizləyici qurğuların quraşdırılması üçün obyekt sahiblərinə "məcburi göstəriş"lər verilib.


Şərhlər