Menu

İran nüvə sazişində qalacağını bəyan edib

28.06.2019, 18:47
İran nüvə sazişində qalacağını bəyan edib

İran Hərtərəfli Birgə Fəaliyyət Planı (HBƏFP) üzrə bu gün Avstriyanın paytaxtı Vyanada keçirilən görüşdə sazişdə qalmaq qərarını təsdiqləyib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Çin Xarici İşlər Nazirliyinin Silahlara Nəzarət Şöbəsinin direktoru Fu Sun bildirib.

“İran sazişdə qaldığını bəyan edib. Bu, çox mühümdür və biz bu mövqeyi dəstəkləyirik. Digər iştirakçılar da razılaşdılar ki, biz İrana Hərtərəfli Birgə Fəaliyyət Planının nəzərdə tutduğu iqtisadi faydanı verməliyik”, - deyə F.Sun HBFP üzrə keçirilən birgə komissiyanın görüşündən sonra bildirib.

Qeyd edək ki, mayın 8-də ABŞ-ın HBFP üzrə sazişdən çıxmasının ildönümündə İran sazişin bir sıra müddəalarını icra etməyi dayandırdığını bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol