Ağstafada ölümlə nəticələnən ağır yol qəzası baş verib.
APA-nın yerli bürsosunun məlumatına görə, hadisə rayonun Poylu kəndi yaxınlığında qeydə alınıb.
Belə ki, “Mersedes” markalı avtomobilin sürücüsü idarəetməni itirərək yoldan çıxıb. Hadisə zamanı avtomobilin aşması nəticəsində Ağstafa rayon sakinləri – 1989-cu il təvəllüdlü Ramil Nəsirəddin oğlu Kazımov, 1991-ci il təvəllüdlü Vüsal Xıdır oğlu Axundov xəsarət alıb, Cəsur İbrahim oğlu Ağayev, Fərhad İsmayıl oğlu Əliyev isə ölüb.
Yaralılar Qazax Rayon Müalicə və Diaqnostika Mərkəzinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.


Şərhlər