Menu

Azərbaycanda vəkillərə ödənişlər nağdsız formada həyata keçiriləcək

29.06.2019, 13:20
Azərbaycanda vəkillərə ödənişlər nağdsız formada həyata keçiriləcək

Azərbaycanda “Hüquqi yardım göstərilən şəxs tərəfindən vəkilə ödənilməli olan xidmət haqqının nağdsız formada ödənilməsi barədə” Qaydalar təsdiq edilib.

Vəkillər Kollegiyasından "Report"a verilən məlumata görə, bununla bağlı qərar qurumun Rəyasət Heyətinin iclasında qəbul edilib.

Nağdsız hesablaşmaların cari il oktyabrın 1-dən etibarən tətbiq edilməsi qərara alınıb.

İclasda Vəkillər Kollegiyasının fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən digər məsələlərə də baxılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol