Menu

Lənkəranda meşə ərazisində yanğın başlayıb

29.06.2019, 15:24
Lənkəranda meşə ərazisində yanğın başlayıb

Lənkəran rayonunda meşə ərazisində yanğın başlayıb.

"Report"un Cənub Mərkəzinin məlumatına görə, yanğın dünən gecə saatlarında qeydə alınıb.

Belə ki, meşəyə ildırım düşüb və daha sonra yanğın başlayıb. Ötən gecə yanğını söndürmək mümkün olmayıb. Yanğın yerinə texnika qalxa bilmədiyindən və ərazi sıx meşəlik olduğundan alovun yayılma təhlükəsi var.

Hazırda yerli idarəetmə orqanlarının və meşə təsərrüfatının işçiləri hadisə yerindədir. Eyni zamanda 2 yanğınsöndürən avtomobil də yanğının söndürülməsinə cəlb edilib.

Ərazinin Hirkan Milli Parkına aid olduğu bildirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol