Menu

Rusiya Azərbaycana yeni döyüş təyyarələrini təklif edib

29.06.2019, 20:31
Rusiya Azərbaycana yeni döyüş təyyarələrini təklif edib

Rusiya Azərbaycana arzu etdiyi döyüş təyyarələrinin satışına hazırdır.

Bu barədə “Azəri Defencə”yə “Army-2019” Beynəlxalq Hərbi-Texniki Forumda təmsil olunan Rusiyanın Birləşmiş Aviatikinti Korporasiyasından məlumat verilib.

Təşkilat rəsmilərinin sözlərinə görə, Forum çərçivəsində Azərbaycanın Müdafiə Nazirliyinin heyəti ilə görüşlər keçirilib, təqdimatlar edilib:

“Biz indiyə kimi keçirilən görüşlərdə və bu gün mövcud layihələrimiz barədə Azərbaycan tərəfini məlumatlandırdıq”.

Təşkilat nümayəndələrinin sözlərinə görə, ötən illərdə Azərbaycana Su-30SM və MiQ-35 təyyarələri təklif olunsa da Azərbaycan tərəfi seçim etməyib.

“Army-2019” Forumunda Azərbaycana təklif olunan yenilənmiş İl-76MD-90A hərbi nəqliyyat, Su-34 və Su-35 döyüş təyyarələrinin Müdafiə Nazirliyinin heyəti üçün təqdimatı keçirilib. Rusiya tərəfi adı çəkilən təyyarələrin Azərbaycana ixracı üçün danışıqlara hazır olduğunu bəyan edib.

Şərhlər

EJDER 2019-06-29 20:31:52

TEKLIF ETMIR,AYE SIRIYIR...3 MILYARDLIQ LAZIMSIZ NEFTZAVOD KIMI.DUXUN VAR ALMA.

TARIX 2019-06-29 20:31:52

RUSİYA İSTƏYİR Kİ ERMƏNİSTANA MÜFTƏ VERDİYİ SİLAHLARIN PULUNU AZƏRBAYCANDAN ALSIN.KİM TƏMİNAT VERƏ BİLƏR Kİ BU SİLAHLAR LAZIM OLANDA ATƏŞ ACACAQ YOXSA YOX.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol