Menu

"Verder"in hücumçusu "Fənərbağça"da - Rəsmi

29.06.2019, 17:27
"Verder"in hücumçusu "Fənərbağça"da - Rəsmi

"Fənərbağça" "Verder"in futbolçusu Maks Kruzeni transfer edib.

Qol.az-ın klubun saytına istinadla yaydığı xəbərə görə, 31 yaşlı hücumçu ilə 3 illik müqavilə imzalanıb. Almaniyalı oyunçunun müqaviləsi Bundesliqa təmsilçisi ilə iyunun 30-u başa çatacağı üçün o, azad agent kimi İstanbul klubuna keçib.

Qeyd edək ki, Kruze ötən mövsüm Bundesliqada 32 matçda 11 qol vurub, 9 qolun ötürməsini verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol