Menu

Mariupolda döyüş başladı

07.09.2014, 13:19
Mariupolda döyüş başladı

Ukrayna mətbuatı Donetskdə atəşkəsin pozulduğunu yazır

Donetsk vilayətinin Mariupol şəhərində döyüşlərin yenidən başladığı bildirilir. ANS-in məlumatına görə, bu barədə Ukrayna mətbuatı Mariupol şəhərinin sakinlərinə istinadən yazır.

Bildirilir ki, bu gün səhər saatlarından şəhərdə güclü partlayış və atəş səsləri eşidilir. Şəhərin Kiyevsk, Kirovsk, Kuybışevsk rayonlarında qızğın döyüşlərin getdiyi bildirilir.

Şəhər sakkinlərinin sözlərinə görə, sentyabrın 5 və 6-da şəhərdə sakitlik olsa da bu gün səhərdən etibarən döyüşlər başlayıb. Dinc sakinlər arasında yaralananların olduğu qeyd olunur.

Qeyd edək ki, sentyabrın 5-də Minskdə münaqişə tərəfləri arasında Ukraynanın şərqində atəşkəsin elan olunması ilə bağlı razılığa gəlinib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol