Menu

Sabah Günəş tutulması baş verəcək

01.07.2019, 11:17
Sabah Günəş tutulması baş verəcək

Bu ilin ikinci Günəş tutulması (tam tutulma) hadisəsi iyulun 2-3-nə təsadüf edəcək.

AMEA Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, təbiət hadisəsi iyulun 2-də yerli vaxtla saat 20:55-də başlayacaq və 3 iyul 01:50-də başa çatacaq.

Günəş tutulması Sakit Okeanın cənub hissəsi, Cənubi Amerika, Çili, Argentina və Sakit okeanın cənubundan aydın görünəcək.

Növbəti tutulma dekabrın 26-na təsadüf edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol