Menu

«Bir daha Rusiyada oxumayacam!» - Nino Katamadze

01.07.2019, 15:05
«Bir daha Rusiyada oxumayacam!»  - Nino Katamadze

Gürüstanın caz müğənnisi Nino Katamadze iyunun 22-də Rusiyadakı çıxışını sonuncu adandırıb.

«Demək istəyirəm ki, bu, mənim Rusiyada son konsertim oldu!» - deyə, gürcüstanlı xanım özünün «Feysbuk»unda yazıb.

Aktrisa qeyd edib ki, Tbilisidəki son hadisələr səbəbilə, Moskvada «Usadba Jazz»-da keçirilən festivalda oxumaq onun üçün çox çətin olub. Katamadzenin sözlərinə görə, «o zaman onun ürəyi Gürcüstanda olub».

Bununla bərabər, anti-Rusiya etirazlarının zorla dağıdıldığından az sonra vətənində müğənnini Rusiyada oxumağa razılıq verdiyinə görə qınayıblar.

Bundan əvvəl Gürcüstanda rusiyayönlü siyasətə qarşı çıxışları aktyor Vaxtanq Kikabidze dəstəkləyib. O, 2008-ci ilin avqust hadisələrdən sonra (Cənubi Osetiyadakı müharibə - Red.) Rusiyada çıxış etmir.

AzPolitika.info

Şərhlər

Van Gogh 2019-07-01 15:05:02

Bizim manıslara isə pul versələr Ermənistana qastrol səfərinə çıxarlar.

Türk 2019-07-01 15:05:02

SSRİ dağıldıqdan sonra,Gürcüstanda baş verən hadisələrə görə,künahkar kim olduğunu hələ də gürcü xalqı dəqiq müəyyənləşdirə bilməyib.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol