Menu

“Nuşirəvan Səfərov nə sürücülük vəsiqəmi qaytarır, nə də…” – Vəkil DYP rəisini ittiham edir

01.07.2019, 15:18
“Nuşirəvan Səfərov nə sürücülük vəsiqəmi qaytarır, nə də…”  – Vəkil DYP rəisini ittiham edir

“Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ötən il mənə qarşı törətdiyi qanunsuz əməllər bu gün də davam edir. Dəfələrlə yazılı və şifahi müraciətlərimə baxmayaraq, Nuşirəvan Səfərov (BDYP rəisi-red.) mənim nə sürücülük vəsiqəmi, nə də barəmdə tərtib olunmuş protokolla bağlı Binəqədi Rayon Məhkəməsinin bu qurum əleyhinə çıxardığı qərarın icrası ilə bağlı yekun sənədləri vermir”.

Bunları Gununsesi.org-a açıqlamasında vəkil Bəhruz Bayramov deyib.

Xatırladaq ki, ötən il Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru T.Həsənəliyev vəkilin sərxoş olması iddiası ilə (İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1 maddələri ilə müəyyən olunmuş inzibati xətanı törətmək) barəsində protokol tərtib olunub.

Bu olay yol polisi tərəfindən ölkənin kütləvi informasiya vasitələrinə də çıxarılmışdı. Sonradan bəlli olub ki, Bəhruz Bayramov ayıq sürücü ilə mənzilinə gedib.

Həmin zaman ayıq sürücü xidməti çağırışın olmasına dair rəsmi sənədi də məhkəməyə təqdim edib.

BDYPİ vəkillə bağlı Binəqədi Rayon Məhkəməsinə müraciət etsə də, bu prosesdə biabırçı duruma düşüb.

Belə ki, məhkəmə yol polisinin təqdimatını rədd edib. Səbəb kimi isə vəkillə bağlı təqdim edilən sənədlərin İnzibati Xətalar Məcəlləsinin 8 maddəsinin pozulması ilə tərtib olunması göstərilib.

Bundan sonra BDYPİ yenidən vəkillə bağlı məhkəməyə müraciət edib. Məhkəmənin 09.04.2019-cu il tarixli qərardadı ilə müraciət geri qaytarılıb.

Bəhruz Bayramov bildirib ki, qanunla müəyyən olunan müddət başa çatsa da, yol polisi məhkəməyə müraciət etməyib: “İki aydan çox müddət keçib. İndi mənə nə sürücülük vəsiqəmi, nə də həmin hadisə ilə bağlı yekun qərarı təqdim etmirlər. Dərk edirlər ki, böyük qanunsuzluqğa yol veriblər. Həm böhtan atıblar, həm də şəxsi həyatın toxunulmazlığı hüququma müdaxilə edilib. Ona görə də mən bu məsələdə axıradək prinsipiallıq edəcəyəm”.

Vəkil Nüşirəvan Səfərovun bu qanunsuzluğu barəsində yeni DİN rəhbəri Vilayət Eyvazova da şikayət edəcəyini deyib.

Şərhlər

Bashirov Qarib 2019-07-01 15:18:02

Ölkənin ən nufuzlu vəkillərindən biri öz huququnu mudafiə etməz duruma duşub.Əlində tutarlı subutların və ən əsası məhkəmənin iki qərarı olmasına rəgmən suruculuk huququnu bərba edə bilmir.Bu ölkədə necə yaşayaq,bəs.Qaçmaqdan başqa çarəmiz qalmır. Baş göturub qaçmaq lazımdır haqsız huquqsuz ölkədən.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol