Ukrayna prezidenti Petro Poroşenko Kiyevdə Rusiya prezidenti Vladimir Putinin köməkçisi Vladislav Surkovla görüşüb. Musavat.com xəbər verir ki, məlumatı Ukraynanın UNN agentliyi yayıb.
"Görüş barədə çox dar çərçivənin məlumatı var idi. Petro Poroşenkonun Vladimir Putinin köməkçisi ilə nə danışdıqları da məlun deyil", - agentlik adını çəkmədiyi məınbəyə istinadən xəbər verir.
Görüşlə bağlı nə Kiyev, nə də Moskvadan rəsmi təsdiq yoxdur.


Şərhlər