Menu

"Parlament özü-özünü buraxmır, bundan ötrü xüsusi qayda var" - Deputat

02.07.2019, 18:16
"Parlament özü-özünü buraxmır, bundan ötrü xüsusi qayda var" - Deputat

Milli Məclis iyulun əvvəlində bəzi qanun layihələrini müzakirə etmək üçün toplaşacaq və qarşıda parlamentin buraxılması ilə bağlı KİV-də yayılan məlumatlar həqiqətəuyğun deyil. Bu barədə Turan-a deputat Vahid Əhmədov bildirib.

Qeyd edək ki, iyulun 2-də sosial şəbəkələrdə parlamentin buraxılacağı ilə bağlı məlumat yayılıb. Əsasən bildirilir ki, iyulun 10-dan sonra növbədənkənar parlament seçkiləri keçiriləcək.

V.Əhmədovun sözlərinə görə, deputatlar bəzi qanun layihələri üzərində işi başa çatdırmaq üçün özləri növbədənkənar sessiyanın işinə təşəbbüs göstəriblər.

"Parlament özü-özünü buraxmır. Bundan ötrü xüsusi qayda var", - deputat vurğulayıb.

Qeyd edək ki, Azərbaycanda növbəti parlament seçkiləri 2020-ci ilin noyabrında olacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol