Menu

Gürcüstanda SOCAR-a məxsus yanacaqdoldurma məntəqəsindən oğurluq olub

02.07.2019, 21:52
Gürcüstanda SOCAR-a məxsus yanacaqdoldurma məntəqəsindən oğurluq olub

Gürcüstanın Rustavi şəhərində SOCAR-a məxsus qaz yanacaqdoldurma məntəqəsindən oğurluq edən iki nəfər saxlanılıb.

APA-nın yerli bürosu İnterPressNews-ə istinadla xəbər verir ki, oğurluq ötən gecə baş verib. Məntəqənin işçisinə küt alətlə xəsarət yetirən oğrular kassadakı pulları götürərək aradan çıxıblar.

Gürcüstan Daxili İşlər Nazirliyi tərəfindən saxlanılanlar barəsində cinayət işi açılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol