Menu

ABŞ-dan Gürcüstana hərbi dəstək

08.09.2014, 09:16
ABŞ-dan Gürcüstana hərbi dəstək

ABŞ Gürcüstana Blackhawk vertolyotları satacaq

ABŞ-ın Müdafiə naziri Chuck Hagel deyir ki, «Rusiyanın Ukraynanı həyasızcasına işğalı» Birləşmiş Ştatlarla Gürcüstanın daha güclü hərbi əlaqələr qurmaq qətiyyətini artırıb.

Sentyabrın 7-də Tbilisidə gürcü həmkarı Irakli Alasania ilə görüşdən sonra danışan Hagel deyib ki, NATO-nun 4-5 sentyabr Uels sammiti «Gürcüstanın alyansa qoşulmaq cəhdlərində mühüm uğurdur».

Onun sözlərinə görə, Birləşmiş Ştatlar Gürcüstana NATO-ya qoşulmaq məqsədinə çatmaqda kömək edəcək.

[caption id="attachment_53050" align="alignleft" width="300"]

Blackhawk vertolyotu[/caption]

Onu da vurğulayıb ki, «NATO və Gürcüstan arasında münasibətlərin dərinləşdirilməsi Rusiya prezidenti Vladimir Putinin təhlükəli və məsuliyyətsiz hərəkətləri fonunda xüsusilə vacibdir».

Hagel və Alasania Tbilisiyə Blackhawk vertolyotlarının satışını da müzakirə ediblər. Hagel deyib ki, tərəflər vertolyotların satışı barədə yekun razılaşma əldə etməyiblər, ancaq qiyməti və digər detalları müzakirə edirlər.  /AzadlıqRadiosu

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol