Menu

"Real Madrid"in futbolçu sürücülük hüququndan məhrum edilib

03.07.2019, 15:03
"Real Madrid"in futbolçu sürücülük hüququndan məhrum edilib

İspaniyanın "Real Madrid" klubunun futbolçusu Marselo sürücülük hüququndan məhrum edilib.

"Report" "O Globo"ya istinadən xəbər verir ki, buna 31 yaşlı müdafiəçinin avtomobil idarə edərkən spirtli içki istifadə etməsi ilə bağlı testən imtina etməsidir.

Oyunçu Braziliyanın Rio-de-Janeyro şəhərində polis tərəfindən saxlanılıb. Lakin o testdən imtina edərək 675 avro ödəmək qərarına gəlib. Oyunçu bir il ərzində ölkədə avtomobil idarə etmək hüququndan məhrum olub.

Qeyd edək ki, braziliyalı futbolçu yığmanın baş məşqçisi Titenin qərarı ilə ölkəsində keçirilən Amerika Kuboku turnirində iştirak etmir. O, bu səbəbdən ailəsi ilə birlikdə tətildədir. Marselo 2007-ci ildən "Real Madrid"in formasını geyinir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol