Menu

Azərbaycanda qeydiyyatdan keçmiş domenlərin sayı açıqlandı

08.09.2014, 10:14
Azərbaycanda qeydiyyatdan keçmiş domenlərin sayı açıqlandı

Milli domen zonasında qeydiyyatdan keçmiş domenlərin sayı 22 min 760-a çatıb.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AzərTAc-a belə deyiblər. Məlumata görə, 2014-cü ilin əvvəlindən 5607 domen qeydiyyatdan keçirilib, 3678-i isə ləğv edilib. Qeydə alınan milli domen adlarının xalis artımı 1929-a bərabər olub.

Qeyd olunur ki, son üç ildə .az domen zonasında artım müşahidə olunur. Ötən il 2012-ci illə müqayisədə qeydiyyatdan keçmiş domenlərin sayı 30 faiz artıb. Bu il isə domen sayının 40 faiz artımı proqnozlaşdırılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol