Menu

Dövlət strukturunda yeni şöbə yaradılıb

04.07.2019, 11:42
Dövlət strukturunda yeni şöbə yaradılıb

Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzində (MHM) İnnovativ həllər şöbəsi yaradılıb. Bu barədə “APA-Economics”ə MHM-dən deyiblər.

Bildirilib ki, hazırda şöbənin fəaliyyət planı hazırlanır və yaxın zamanda bu sənəd geniş ictimaiyyətə təqdim olunacaq.

“Şöbəyə MHM-nin əməkdaşı Emin Novruzov rəhbərlik edəcək. İlkin məlumata görə, şöbə müasir texnologiyaların, innovativ həllərin tətbiqi və robot texnologiyalarının inkişaf istiqamətləri ilə məşğul olacaq”, - deyə Mərkəzdən bildiriblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol