Menu

Azərbaycanın axtarışa verdiyi şəxs Moldovada saxlanılıb

04.07.2019, 13:23
Azərbaycanın axtarışa verdiyi şəxs Moldovada saxlanılıb

Azərbaycan dövlətinin beynəlxalq axtarışa verdiyi şəxs tutulub.

“Report”un məlumatına görə, “İnterpol” xətti ilə axtarışda olan 1995-ci il təvəllüdlü Məmmədli Ceyhun Həsən oğlu Moldovada saxlanılıb.

Hazırda onun ölkəyə ekstradisiyası üçün işlər aparılır.

Qeyd edək ki, C.Məmmədli Cinayət Məcəlləsinin 177-ci maddəsi (oğurluq) ilə axtarışa verilmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol