Menu

Böyük Britaniyanın səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb

04.07.2019, 19:33
Böyük Britaniyanın səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb

Böyük Britaniyanın İrandakı səfiri Robert Makera İran Xarici İşlər Nazirliyinə çağırılıb.

APA-nın xəbərinə görə, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi “Twitter” səhifəsində məlumat verib: "İrana məxsus neft tankerinin Cəbəllütariq boğazında Britaniya Dəniz Qüvvələri tərəfindən qeyri-qanuni saxlanılmasından sonra Böyük Britaniyanın Tehrandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb”.

Qeyd edək ki, bu gün Suriyaya xam neft aparan böyük tanker ABŞ-ın tələbi ilə Cəbəllütariq hökuməti tərəfindən saxlanılıb. Cəbəllütariqin baş naziri Fabian Pikardo bildirib ki, tanker Avropa İttifaqının Suriyaya tətbiq etdiyi sanksiyaları pozub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol