«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Kaliforniyada, Los-Anceles şəhərinin 196 kilometrliyində maqnitudası 6,4 olan güclü zəlzələ baş verib. Amerika Birləşmiş Ştatları (ABŞ) geoloji xidmətinə istinadla, «CNN» kanalının xəbər verdiyi kimi, yeraltı təkanlar Las-Veqasda da hiss olunub.
Dəqiqləşdirilib ki, zəlzənin ocağı 9 kilometr dərinlikdə yerləşib. Həm də maqnitudası 3,5-4,7 olan 4 böyük və onlarla kiçik afterşok qeydə alınıb.
Zərərçəkənlər və dağıntı barədə mlumat yoxdur, ancaq prezident baş verənlər barədə məlumatlandırılıb. Situasiyanın nəzarət altında olduğu xəbər verilir.


Şərhlər
Demək ki planetin bu üzündə bu 6-7 gün içində güclü vulkan püskürəcək.Təxminən İran-Pakistan regionunda.