Menu

Gənc yazıçı İkinci Mahmud dəfn olunub

07.07.2019, 14:40
Gənc yazıçı İkinci Mahmud dəfn olunub

Ötən gün dünyasını dəyişən gənc yazıçı İkinci Mahmud (Mahmud Ağakişiyev) dəfn olunub.

"Report" xəbər verir ki, onun cənazəsi doğulduğu Ağstafa rayonunun Muğanlı kəndindəki qəbiristanlıqda torpağa tapşırılıb.

Dəfn mərasimində yazıçılar, mərhumun dostları, ailə üzvləri və kənd sakinləri iştirak ediblər.

Qeyd edək ki, İkinci Mahmud iyulun 6-da səhər saatlarında Bakıda, yaşadığı evdə ürəktutmasından vəfat edib.

Şərhlər

Mustafaoğlu. 2019-07-07 14:40:03

Allah rəhmət etsin.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol