Göygöldə suda boğulan gənclərdən birinin meyiti tapılıb.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Gəncə çayının Göygöl şəhərin ərazisindən keçən hissəsində qeydə alınıb.
Göygöl rayon sakinləri, 15 yaşlı Akif Səfərov və 17 yaşlı Rüzgar Rzayev çay üzərində qurulan suvarma kanalında batıblar. Axtarışlarla A.Səfərovun meyiti tapılıb. Digər gənc - 2002-ci il təvəllüdlü Rüzgar Rzayevin axtarışı davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.


Şərhlər