Menu

Əvəz Zeynallının vergi cəzası: yeni proses başladı

08.09.2014, 14:32

evez_zeynalli_1(1)Sentyabrın 8-i Bakı Apellyasiya Məhkəməsində “Xural” qəzetinin həbsdə olan baş redaktoru Əvəz Zeynallının 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19 may qərarından şikayəti üzrə proses keçirilib.

Əvəz Zeynallı “Xural” qəzetində səyyar vergi yoxlamasının nəticələrinə dair 22 fevral 2012-ci il aktının etibarsız hesab edilməsini istəyir. Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalistə 9 il azadlıqdan məhrumetmə cəzası çıxarılarkən həmin akta da istinad olunub və məhkəmə hökmündə Əvəz Zeynallıdan 4076 manat vergi borcunun tutularaq dövlət büdcəsinə ödənilməsi tələbi əksini tapıb. Mayın 19-da 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi səyyar vergi yoxlaması aktının etibarsız hesab edilməsi barədə vəsatəti təmin etməyib.

Baş redaktorun həyat yoldaşı Məlahət Zeynallı “Media forum” saytına bildirib ki, sentyabrın 8-də Bakı Apellyasiya Məhkəməsinin hakimi Həmid Həmidovun sədrliyi ilə keçirilən prosesdə məhbus jurnalist iştirak etməyib. Şikayətə baxış oktyabrın 30-da başlayacaq. Vəkil Elçin Sadıqov Əvəz Zeynallının məhkəmədə iştirakının təmin olunması üçün hakimə ərizə yazacağını bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol