Menu

Yevkurov Şoyqunun müavini oldu! - General-leytenant rütbəsi aldı

08.07.2019, 20:23
Yevkurov Şoyqunun müavini oldu! - General-leytenant rütbəsi aldı

«AzPolitika.info»-nun Rusiya KİV-nə istinadla verdiyi xəbərə görə, İnquşetiyanın keçmiş başçısı Yunus-bəy Yevkurov Rusiya Federasiyasının (RF) müdafiə naziri Sergey Şoyqunun müavini təyin olunub («RİA Novosti»).

Yevkurova həmçinin general-leytenant rütbəsi verilib.

İyunun 26-da Rusiya Federasiyasının prezidenti Vladimir Putin Yevkurovun İnquşetiyanın başçısı vəzifəsindən istefasını qəbul etmişdi. Onun səlahiyyətləri 2023-cü ildə başa çatacaqdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol