Menu

Ermənistanda hərbi avtomobil qəzaya uğrayıb

09.07.2019, 11:21
Ermənistanda hərbi avtomobil qəzaya uğrayıb

Ermənistan Müdafiə Nazirliyinə məxsus “Ural” avtomobilinin iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər yaralanıb. “Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, hadisə Yerevan-Mehri avtomobil yolunun Ararat vilayətindən keçən hissəsində qeydə alınıb.

Nəticədə hərbi avtomobil aşıb.

Müdafiə Nazirliyi hələlik hadisənin səbəbi barədə məlumat yaymayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol